Səfir: "Ukrayna iş adamları Azərbaycanda süd emalı zavodu açmaq niyyətindədir"

Səfir: "Ukrayna iş adamları Azərbaycanda süd emalı zavodu açmaq niyyətindədir" Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının növbəti iclası mayın sonu, iyunun əvvəlində Bakıda keçiriləcək
Biznes
18 May , 2016 17:41
Səfir: Ukrayna iş adamları Azərbaycanda süd emalı zavodu açmaq niyyətindədir

Bakı. 18 may. REPORT.AZ/ İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının növbəti iclası mayın sonu, iyunun əvvəlində Bakıda keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko məlumat verib.

"Tərəflər ikitərəfli münasibətlərin vəziyyətini və inkişafı perspektivlərini müzakirə etməyi planlaşdırır", - deyə diplomat qeyd edib.

Onun sözlərinə görə, tərəflər hazırda ikitərəfli münasibətlərin vəziyyətini və perspektivlərini öyrənir.

"Demək olar ki, hər ay Ukrayna nümayəndə heyətinin Azərbaycana və əks marşrutla, azərbaycanlıların Kiyevə səfərləri həyata keçirilir. Hazırda Ukrayna Milli Süd Assosiasiyasının nümayəndələri Bakıda səfərdədir. Sabah isə "Ukrainmaş" şirkətinin nümayəndələri gələcək. Başqa sözlə, hər gün nümayəndə heyətləri gəlir, əməkdaşlıq məsələləri müzakirə olunur. Real əməkdaşlıq səviyyəsinə çatacaq məsələlər komissiyanın gündəliyinə çıxarılacaq", - deyə o bildirib.

Səfir Ukrayna iş adamlarının Azərbaycanda süd emalı zavodu açmaq və südlük cins mal-qara təchizatına başlamaq niyyətində olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi