Yuxarı

​Səfir: “Hollandiya Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirməkdə maraqlıdır”

“Azərbaycanın qeyri-neft sektoruna sərmayə qoyan ölkələr arasında 4-cü ən böyük investoruq”

Bakı. 3 iyun. REPORT.AZ/ Hollandiyanın (Niderland Krallığı) Azərbaycandakı səfiri Robert Jan Qabrielse bu gün azərbaycanlı gənclərlə görüşüb.

“Report” xəbər verir ki, görüşdə səfir Azərbaycan və Niderland arasında ikitərəfli iqtisadi münasibətlər, Hollandiyanın iqtisadiyyatda, kənd təsərrüfatındakı uğurları, Azərbaycanla bağlı gələcək perspektivlər haqqında danışıb: “Hollandiya kiçik bir ölkə olmasına baxmayaraq, dövlət özsiyasi və iqtisadi gücünə 17-ci əsrdə çatıb. Biz onu qızıl əsr adlandırırıq. Hollandiya sahəsinə görə dünya ölkələri siyahısında 133-cü yerdədir. Ölkəmizin 17 milyon əhalisi var. Əhali sayına görə isə biz qlobal siyahıda 64-cü sıradayıq. Ölkəmizin sahəsi kiçik olsada əhalinin sayı çoxluq təşkil edir. Hollandiya kiçik dövlət olmasına baxmayaraq, 680 milyardlıq ÜDM-ə sahibdir. Bu kifayət qədər böyük rəqəmdir. ÜDM-ə görə biz dünyada 25-ci, Avropa ölkələri arasında isə 7-ci sıradayıq. İdxal baxımından dünyada 7-ci sırada qərarlaşmışıq. Hollandiyada yerləşən Rotterdam dünyadakı ən böyük limanlardan biridir”.

Səfir bildirib ki, Hollandiya dünya ölkələrinə investisiya yatıran lider ölkələr sırasındadır: “Ölkəmiz Rusiyada ikinci ən böyük investordur. Eyni zamanda biz Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyan ölkələr arasında 4-cü ən böyük investoruq. Azərbaycanda daha çox kənd təsərrüfatı, ekologiya və s. sahələrdə fəaliyyət göstərən xeyli sayda şirkətlərimiz var. Hollandiya Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Ümumilikdə, Hollandiya dünya ölkələrinə min milyard dollardan artıq investisiya yatırıb. Ölkənin inkişaf etmiş sahələrindən biridə kənd təsərrüfatı sahəsidir. Dünyada qida ixracı sahəsində ikinci sırada dayanırıq. Ölkəmizin gəlirlərinin təkcə kənd təsərrüfatı məhsullarından ixracı 82 mlrd. dollar, idxalı isə 52 mlrd. dollar təşkil edir. Bu göstəricilər kiçik bir ölkənin necə məhsuldar olmasının bariz nümunəsidir”.

R.Qabrielse çıxışından sonra gənclərin suallarını cavablandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi