Səfir: "Aİ ölkələrinin şirkətləri Azərbaycanda biznesin cəlbediciliyi baxımından müsbət siqnallar alır"

Səfir: "Aİ ölkələrinin şirkətləri Azərbaycanda biznesin cəlbediciliyi baxımından müsbət siqnallar alır" Bakı. 5 iyun. REPORT.AZ/ Bugünkü biznes forumda iştirakçıların sayının çox olması münasibətlərimizin keyfiyyətini göstərir.
Biznes
5 İyun , 2018 10:50
Səfir: Aİ ölkələrinin şirkətləri Azərbaycanda biznesin cəlbediciliyi baxımından müsbət siqnallar alır
Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas / Report/ Elshan Baba
0 : 00
0 : 00

Bakı. 5 iyun. REPORT.AZ/ "Bugünkü biznes forumda iştirakçıların sayının çox olması münasibətlərimizin keyfiyyətini göstərir".

"Report" xəbər verir ki, bunu Azərbaycan-Avropa İttifaqı biznes forumunda Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Aİ-nin Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu qeyd edən K.Yankauskas bu il Avropa İttifaqı ölkələrinin şirkətlərinin Azərbaycanda biznesin cəlbediciliyi baxımından müsbət siqnallar aldığını söyləyib: "Azərbaycanın iqtisadiyyatı bərpa olunur, Aİ-də həmçinin bazar bərpa olunur".

K.Yankauskas Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfərini xatırladıb, həmçinin ikitərəfli münasibətlərdə gələcəyə müsbət gözlə baxmağa imkan verən "Şərq Tərəfdaşlığı" sammitinin uğurunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi