"Saxo Bank"ın mütəxəssisi: "ABŞ-Çin ticarət müharibəsindən sıravi vətəndaşlar əziyyət çəkəcək"

"Saxo Bank"ın mütəxəssisi: "ABŞ-Çin ticarət müharibəsindən sıravi vətəndaşlar əziyyət çəkəcək" Bakı. 18 iyul. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın Administrasiyasının tətbiq etdiyi gömrük rüsumları ilk növbədə Çindən idxalın zəiflədilməsinə yönəlib.
Biznes
18 İyul , 2018 10:07
Saxo Bankın mütəxəssisi: ABŞ-Çin ticarət müharibəsindən sıravi vətəndaşlar əziyyət çəkəcək
0 : 00
0 : 00

Bakı. 18 iyul. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın Administrasiyasının tətbiq etdiyi gömrük rüsumları ilk növbədə Çindən idxalın zəiflədilməsinə yönəlib.

"Report"un məlumatına görə, bunu Danimarkanın "Saxo Bank"ın mütəxəssisi Andrea Spinotsi (Andrea Spinozzi) deyib.

Onun sözlərinə görə, ABŞ-ın bir nömrəli ticarət tərəfdaşı Çin olsa da, 2009-cu ildən bəri ABŞ-ın bu yaxın Şərqi Asiya ölkəsinə ixracı idxalından 45% azdır: "Halbuki Çin 2011-ci ildə Ümumdünya Ticarət Təşkilatına üzv olub və iki supergüc arasında ticarət əməliyyatları artıb. İndi ticarət müharibəsi yalnız idxal-ixrac əməliyyatlarının azalmasına gətirib-çıxara bilər".

"Saxo Bank"ın mütəxəssisi eyni zamanda hesab edir ki, ticarət müharibəsi hər iki ölkənin sıravi vətəndaşların təsir göstərəcək, çünki onlar artan rüsümların iqtisadi və sosial zərərlərini ödəməli olacaqlar: "Bu ölkələr qiymət artımı nəticəsində inflyasiya ilə üzləşəcək, çünki idxal olunan xammaldan məhsulun hazırlanması baha başa gələcək, bu da qiymətlərin qalxmasına səbəb olacaq".

Bununla belə, A.Spinotsi düşünür ki, ticarət müharibəsi bu vəziyyətdən yararlana biləcək investorlar üçün geniş imkanlar aça bilər.

Son xəbərlər

Orphus sistemi