"Saxo Bank" 2019-cu il üçün ən vacib hadisələrin proqnozunu dərc edib

"Saxo Bank" 2019-cu il üçün ən vacib hadisələrin proqnozunu dərc edib Bakı. 4 dekabr. REPORT.AZ/ Danimarka Saxo Bankı 2019-cu il üçün Şokedici proqnozlar adlı qeyri-rəsmi proqnozlarını dərc edib.
Biznes
4 Dekabr , 2018 15:09
Saxo Bank 2019-cu il üçün ən vacib hadisələrin proqnozunu dərc edib
0 : 00
0 : 00

Bakı. 4 dekabr. REPORT.AZ/ Danimarka "Saxo Bank"ı 2019-cu il üçün "Şokedici proqnozlar" adlı qeyri-rəsmi proqnozlarını dərc edib.

"Report" xəbər verir ki, hesabatı "Saxo Bank"ın baş iqtisadçısı Stin Yakobsen təqdim edib.

Bankın proqnozlarına əsasən, 2019-cu ildə təcili olaraq sərmayələrə ehtiyacı olan "Tesla" "Apple" tərəfindən alınacaq, dünya üzrə pul miqdarı göstəricisi son onilliklərdə ən aşağı səviyyədə olduğu halda, stavkaların qaldırılmasını tələb edən ABŞ-ın Federal Ehtiyat Sisteminin başçısı Cerom Pauell artıq 2019-cu ilin əvvəlində ABŞ aksiya bazarını xeyli zəiflədəcəyindən hakimiyyətə daha loyal olan Nil Kaşkari ilə əvəzlənəcək, dünyada iqlim şəraitinin sürətli dəyişməsi və qlobal istiləşmə təhlükəsi ilə bağlı narahatlıqlar ümumdünya nəqliyyat vergisinin tətbiq edilməsinə gətirib çıxaracaq, dağıdıcı günəş fırtınaları olacaq və bu, Qərb yarımkürəsində peyklərin çoxunun məhv olması ilə nəticələnəcək.

Qeyd edək ki, "Saxo Bank" 2017-ci ildə "Brexit"in ləğvini, S&P indeksinin 25% azalacağını, bitkoinin qiymətinin 2018-ci ildə 60 min dollara qədər sürətlə artacağını və digər mübahisəli olayları proqnoz vermişdi.

Son xəbərlər

Orphus sistemi