Maliyyə naziri: "Bakı-Tbilisi-Qars dəmiryolu xətti bir sıra dövlətlər üçün çox faydalı olacaq"

Maliyyə naziri: "Bakı-Tbilisi-Qars dəmiryolu xətti bir sıra dövlətlər üçün çox faydalı olacaq" Maliyyə naziri Çinin Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsinə maraq göstərməsi məsələsinə münasibət bildirib
Biznes
3 May , 2015 12:22
Maliyyə naziri: Bakı-Tbilisi-Qars dəmiryolu xətti bir sıra dövlətlər üçün çox faydalı olacaq

Bakı. 3 May. REPORT.AZ/ Maliyyə naziri Samir Şərifov Çinin Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsinə maraq göstərməsi məsələsinə münasibət bildirib.

"Report" xəbər verir ki, Asiya İnkişaf Bankının 48 illik yubileyinə həsr olunmuş tədbir çərçivəsində jurnalistlərin suallarını cavablandıran S.Şərifov bildirib ki, Çinin maliyyə naziri də hazırda Bakıdadır.

Onun sözlərinə görə, Çin qədim İpək Yolunun bərpa edilməsində maraqlıdır.

"Azərbaycan höküməti də bu istiqamətdə ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir. Ölkəmiz Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin təşəbbüskarıdır. Azərbaycanda müvafiq nəqliyyat infrastrukturu yaradılır, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryolunun inkişaf etdirilməsi üzrə Prezident İlham Əliyevin xüsusi təşəbbüsləri mövcuddur" - deyə nazir xatırladıb.

O, bildirib ki, rəsmi Bakı hesab edir ki, bu layihənin həyata keçirilməsi bir sıra dövlətlər üçün çox faydalı olacaq. 

"Şübhəsiz ki, biz ilk növbədə Azərbaycanı düşünürük. Bu xətt bizim nəqliyyat-tranzit potensialımızı xeyli yüksəldəcək və ölkəmiz üçün əlavə gəlir imkanları yaradacaq. Digər dövlətlər üçün isə, o cümlədən Çin üçün və bu dövlətin şimal-qərb regionları üçün bu layihə çox gözəl imkanlar yaradacaq. Yəni, Çin mallarının həmin regionlardan Mərkəzi Asiya respublikalarından də Xəzər dənizi vasitəsi ilə Azərbaycan üzərindən Avropa bazarlarına çatdırsınlar. Bu baxımdan Azərbaycan tərəfindən atılan addımlart artıq öz bəhrəsini verməkdədir", deyə S. Şərifov əlavə edib.

Son xəbərlər

Orphus sistemi