Salyanda çiçək xəstəliyinə qarşı vaksinasiya işləri aparılır

Salyanda çiçək xəstəliyinə qarşı vaksinasiya işləri aparılır Hazırda 63 min baş xırdabuynuzlu heyvanlara vaksin vurulub
Biznes
27 Oktyabr , 2015 19:12
Salyanda çiçək xəstəliyinə qarşı vaksinasiya işləri aparılır

Bakı. 27 oktyabr. REPORT. AZ / Salyanda heyvanlar arasında yayıla biləcək çiçək xəstəliyinə qarşı qabaqlayıcı tədbirlər görülür. "Report"a məlumat verən Salyan Rayon Baytarlıq İdarəsinin rəisi Ramil Əmrahovun bildirdiyinə görə, artıq bir neçə gündür ki, xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliyinə qarşı vaksinasiya işləri aparılır.

Xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyi adətən payız aylarında daha çox müşahidə edilir. Belə ki, heyvanların bud nahiyyəsində səpkilər əmələ gəlir ki, bu da çiçək xəstəliyinin əlamətləridir. Vaxtında vaksinasiya aparılmadıqda məhsuldarlığın aşağı düşməsinə, heyvanların mayalanması və dölvermə hallarının gecikməsinə gətirib çıxarır.

Hazırda 63 min baş xırdabuynuzlu heyvanlara vaksin vurulub. Ümumilikdə isə 140 min baş xırdabuynuzlu heyvanda vaksinasiya aparılacaq. İldə yalnız bir dəfə həyata keçirilən vaksinasiya işləri noyabr ayının axırlarında başa çatdırılacaq.   

Son xəbərlər

Orphus sistemi