"Salyan-Sərnişin" ASC ləğv olunur

"Salyan-Sərnişin" ASC ləğv olunur Kreditorlara tələblərini bildirməsi üçün iki ay vaxt verilib
Biznes
19 Oktyabr , 2016 09:30
Salyan-Sərnişin ASC ləğv olunur

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Salyan-Sərnişin" ASC ləğv olunduğunu elan edib. Bu barədə "Report" Vergilər Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Salyan şəhəri, Məşhədi Əzizbəyov küçəsi,3 ünvanına bildirə bilərlər. 

Xatırladaq ki, oktyabrın 12-də müəssisənin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib və ləğvetmə barədə qərar da həmin iclasda qəbul olunub. 

Son xəbərlər

Orphus sistemi