“Salyan-Taxıl” səhmdarlarına hesabat verəcək

“Salyan-Taxıl” səhmdarlarına hesabat verəcək Müəssisənin səhmdarlarının yığıncağı çağırılıb
Biznes
29 Mart , 2017 09:28
“Salyan-Taxıl” səhmdarlarına hesabat verəcək

Bakı. 29 mart. REPORT.AZ/ Mayın 20-də, saat 12:00-da “Salyan-Taxıl” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaq şirkətin Salyan şəhəri, 20 Yanvar küçəsində yerləşən ofisində baş tutacaq.

Yığıncağın gündəliyinə Cəmiyyətin 2016-cı il üzrə maliyyə balansının təsdiq edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Salyan-Taxıl” ASC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 241 534 manatdır. 

Son xəbərlər

Orphus sistemi