Yuxarı

Sahibkarlığa Kömək Milli Fondunun maliyyə hesabatlarının auditi keçirilib

Fondun 8 ildir beynəlxalq audit şirkətləri tərəfindən maliyyə hesabatlarının auditi aparılır

Bakı. 18 aprel. REPORT.AZ/ "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə"yə uyğun olaraq, "KPMG Azerbaijan" beynəlxalq audit şirkəti tərəfindən Beynəlxalq Audit Standartları əsasında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) 2015-ci il üzrə maliyyə hesabatlarının auditi keçirilib.

"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, audit zamanı Fondda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilib.

"KPMG Azerbaijan" beynəlxalq audit şirkəti tərəfindən verilən rəyə əsasən, Fondun ötən il üzrə maliyyə fəaliyyəti müsbət qiymətləndirilib, maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq aparıldığı müəyyən edilib.

Qeyd edək ki, artıq 8 ildir beynəlxalq audit şirkətləri tərəfindən SKMF-nın maliyyə hesabatlarının auditi aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi