Yuxarı
    Bağlamaq

    ​Sabirabadda işgüzar forum keçirilib

    Forum çərçivəsində Sabirabad və ətraf rayonlardan olan 55 sahibkara 833 min manat güzəştli kredit verilib

    Bakı. 4 avqust. REPORT.AZ/ Avqustun 4-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Sabirabad rayonunun Qaratəpə kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

    “Report” İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə Sabirabadda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

    Forumda 100-ə yaxın sahibkar iştirak edib. Tədbir çərçivəsində Sabirabad rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılan “yaşıl market”in, iri fermer, intensiv bağçılıq, cins heyvandarlıq təsərrüfatlarının, meyvə-tərəvəz və süd emalı müəssisələrinin və 3 ulduzlu otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Eyni zamanda, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

    Forumda çıxış edən SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində 1 460 sahibkara 78,3 mln. manat güzəştli kredit verilib. Onun sözlərinə görə, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3 500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir: “Ümumilikdə, bugünədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12 400-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 488 mln. manat güzəştli kredit verilib. İşgüzar forum çərçivəsində Sabirabad və ətraf rayonlardan olan 55 sahibkara 833 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasənheyvandarlıq, pambıqçılıq, taxılçılıq, balıqçılıq, meyvə şirələrinin istehsalı sahələrinin inkişafına yönəldiləcək.Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq”.

    Forum çərçivəsində Sabirabad rayonunda güzəştli kreditlər hesabına yaradılan müasir istixana kompleksinə və meyvə-tərəvəz emalı müəssisəsinə baxış keçirilib. Qeyd edək ki, ümumilikdə, SKMF 48 müasir istixana kompleksinin yaradılmasına 141,5 mln. manat, il ərzində 121 min ton meyvə-tərəvəz emal etmək gücündə olan 17 müəssisənin yaradılmasına 59 mln. manat güzəştli kredit verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi