“Sabirabad Dəmir Beton”un rəhbərliyi yenidən formalaşdırılacaq

“Sabirabad Dəmir Beton”un rəhbərliyi yenidən formalaşdırılacaq Müəssisənin səhmdarlarının yığıncağı çağırılıb
Biznes
27 İyul , 2017 10:54
“Sabirabad Dəmir  Beton”un rəhbərliyi yenidən formalaşdırılacaq

Bakı. 27 iyul. REPORT.AZ/ Avqustun 26-da, saat 11:00-da “Sabirabad Dəmir – Beton” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq müəssisənin yerləşdiyi Sabirabad rayonunun Qalaqayın kəndində olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətin icra orqanının yeni sədrinin seçilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Sabirabad Dəmir – Beton” ASC 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 821 108 manatdır. 

Son xəbərlər

Orphus sistemi