Yuxarı

​Rusiyanın "Imperial Tobacco" şirkəti bu ilin I rübündə tütün məhsullarını ən çox Azərbaycana ixrac edib

Şirkət göstərilən dövr ərzində ixrac üzrə siyahıya başçılıq edib

Bakı. 17 İyul. REPORT.AZ/ 2015-ci ilin I rübündə Rusiyada istehsal olunan tütün məmulatlarının ən çox ixrac istiqaməti Azərbaycan olub.

"Report" xəbər verir ki, bu barədə ölkənin Federal Gömrük Xidmətinin məlumatında bildirilir.

Göstərilən dövr ərzində tütün ixracatçıları siyahısına "Imperial Tobacco" başçılıq edib. İxrac tədarüklərinin 85%-i daha böyük şirkətlərin payına düşüb: "İmperial Tobakko" (34%), "BAT-Rossiya" (29%), "Filip Morris" (13%), "C.T.İ" (9%).

Rübün yekunu üzrə ixracatçı müəssisələrin üçlüyü bu şəkildə görünür (həcm ədədlə göstərilib): "İmperial Tobakko Volqa" - 1,731 milyard, "BAT-SPB" - 1,518 mlrd, "FM İjora" - 664 mln.

Məlumata görə, Rusiya şirkətləri rübü rekord ixrac göstəriciləri ilə başa vurublar.

Statistikaya görə, ümumrusiya ixracında "Imperial Tobacco" lider olub. Şirkət ümumi ixrac həcmindən 34% pay ilə xaricə 1, 771 mlrd. ədəd siqaret tədarük edib. Yük axınlarının əsas istiqaməti Azərbaycan olub. "Imperial Tobacco"nun siqaretlərinə, həmçinin BƏƏ, Serbiya, Moldova, Ukrayna, Qırğızıstan və Tacikistanda tələbat var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi