Yuxarı

Rusiyada müflis vətəndaşların sayı 100 mini keçib

​Rusiyada müflis vətəndaşların sayı 100 mini keçib

Bu il aprelin 1-nə Rusiyada müflis vətəndaşların sayı 104 722 olub.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, təkcə mart ayında qonşu ölkədə 4 203 nəfər müflis kimi tanınıb.

Bu rəqəmlərə fərdi sahibkarlar daxil deyil.

Müflis şəxslərin 8 263-ü və yaxud 7,89%-i Paytaxt Moskvada yaşayır. Bu rəqəm Moskva ətrafında 6 280, Sankt-Peterburq şəhərində isə 5 168-dir. Bununla yanaşı, ölkənin Başqırdıstan, Sverlovsk, Samara, Krasnodar, Novosibirsk, Rostov və Çelyabinsk kimi ərazilərində də müflis vətəndaşlar çoxdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi