Yuxarı

Rusiyada iqtisadi artım 6 illik rekordu yeniləyib

Rusiyada iqtisadi artım 6 illik rekordu yeniləyib 3992

Bakı. 5 fevral. REPORT.AZ/ 2018-ci ildə Rusiyada 2,3% iqtisadi artım qeydə alınıb. 

“Report” bu barədə qonşu ölkənin Federal Dövlət Statistika Xidmətinə istinadən xəbər verir. 

Məlumata görə, bu rəqəm Rusiya Bankının və İqtisadi İnkişaf Nazirliyinin proqnozlarından çoxdur və 2012-ci ildən bər rekord göstəricidir. Xatırladaq ki, 6 il bundan əvvəl Rusiyada 3,7% iqtisadi artım baş verib. 

Statistika Xidməti kənd təsərrüfatı, meşəçilik  ovçuluq, balıqçılıq sektorları istisna olmaqla bütün sahələrdə əlavə dəyərin artdığını açıqlayıb. İqtisadi inkişafa daha çox mədənçilik, topdan və pərakəndə ticarət, nəqliyyat və saxlama, tikinti sahələri müsbət təsir göstərib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi