Yuxarı

Rusiyada ərzaq 11% bahalaşıb

Avropada isə ərzaq qiymətləri 0,1% düşüb

Bakı. 27 avqust. REPORT.AZ/ Cari ilin yanvar-iyul aylarında Rusiyada ərzağın qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 10,6% artıb. "Report"un verdiyi xəbərə görə, bu barədə Rusiya Statistika Komitəsinin açıqladığı məlumatda bildiilir. 

Rusiyanın Qərb ölkələrindən ərzaq idxalını dayandırması və rublda müşahidə olunan devalvasiya qiymət artımına səbəb olub.

Statistikaya əsasən, ilin əvvəlindən bütün ərzaq məhsullarında bahalaşma qeydə alınıb. Yanvar-iyul aylarında meyvənin qiyməti 25,4% artımla ilk sırada yer alıb. Balıq və dəniz məhsullları 17,8%, şəkər, bal 16,3% bahalaşıb. Çörəyin qiymətində 11,6% artım, ətdə 7% artım müşahidə olunub. 

Qeyd edək ki, bu müddətdə Avropada isə ərzaq qiymətləri 0,1% ucuzlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi