Hacıqabulda fəaliyyətə başlayacaq avadanlıqların istehsalı zavoduna yatırılan investisiyanın məbləği açıqlanıb

Hacıqabulda fəaliyyətə başlayacaq avadanlıqların istehsalı zavoduna yatırılan investisiyanın məbləği açıqlanıb İqtisadiyyat Nazirliyinin Hacıqabul Sənaye Məhəlləsində ELBERG MMC tikinti materiallarının istehsalı avadanlıqlarının istehsalı zavodu fəaliyyətə başlayacaq.
Biznes
9 Dekabr , 2019 16:26
Hacıqabulda fəaliyyətə başlayacaq avadanlıqların istehsalı zavoduna yatırılan investisiyanın məbləği açıqlanıb

İqtisadiyyat Nazirliyinin Hacıqabul Sənaye Məhəlləsində "ELBERG" MMC tikinti materiallarının istehsalı avadanlıqlarının istehsalı zavodu fəaliyyətə başlayacaq.

"Report" xəbər verir ki, müəssisənin nümayəndəsi Mayıs Qasımov bildirib ki, zavoda 12 mln. manat məbləğində sərmayə yatıralacaq: "Avadanlıqların quraşdırılması prosesi davam edir, proses yekunlaşdıqdan sonra müəssisə istehsal fəaliyyətinə başlayacaq".

M.Qasımov əlavə edib ki, zavodun avadanlıqları Almaniya, Finlandiya və Türkiyədən gətirilib. Bu tip kompleks tikinti materiallarını istehsal edən zavod ilk dəfədir ki, ölkədə fəaliyyət göstərəcək. Zavodun bəzi avadanlıqları isə Yaponiyadan gətiriləcək".

Onun sözlərinə görə, zavod hər hansı bir tikinti materialları istehsalı zavodunu kompleks şəkildə tikmək potensialına malikdir: "Əsas hədəf Azərbaycan bazarı nəzərdə tutulur, bununla yanaşı, qonşu ölkələrin bazarlarına da daxil olmaq istəyirik. Rusiya, Özbəkistanda quru qarışıqlar avadanlıqları zavodunun qurulması ilə bağlı hazırda danışıqlar aparılır".

Son xəbərlər

Orphus sistemi