Azərbaycanın Rusiya ilə sərhəd-keçid məntəqələrində aqrar məhsulların mənşəyinin müəyyən edən ekspertlər işləyəcək

Azərbaycanın Rusiya ilə sərhəd-keçid məntəqələrində aqrar məhsulların mənşəyinin müəyyən edən ekspertlər işləyəcək Bu gün iki ölkəninm gömrük xidməti arasında görüş keçirilib
Biznes
28 Mart , 2017 15:39
Azərbaycanın Rusiya ilə sərhəd-keçid məntəqələrində aqrar məhsulların mənşəyinin müəyyən edən ekspertlər işləyəcək

Bakı. 28 mart. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) Xaçmaz Gömrük İdarəsinin Rusiya-Azərbaycan sərhədində yerləşən "Samur" sərhəd-keçid məntəqəsində DGK-nın Xaçmaz Gömrük İdarəsi və Rusiya Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsinin əməkdaşları arasında növbəti işçi görüş keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumatda deyilir ki, görüşdə ilkin məlumat mübadiləsi, yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin sinxronlaşdırılması və digər sahələrdə səylərin artırılmasının vacibliyi vurğulanıb.

Görüşdə son günlərdə Azərbaycandan Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının mənşəyinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndərilməsi və müvafiq ekspert rəylərinin yubadılması qarşı tərəfin diqqətinə çatdırılıb və bildirilib ki, daşıdıqları yüklərə dair ekspertiza sənədləri adı ilə nəqliyyat vasitələrinin saxlanılması əlavə xərclərə, məhsulların sıradan çıxmasına, təyinat məntəqəsinə vaxtında çatmamasına səbəb olur.

Rusiya nümayəndə heyətinin üzvləri bu məsələ ilə bağlı müvafiq qurumları məlumatlandıracaqlarını, bundan başqa, yaxın günlərdə kənd təsərrüfatı məhsullarının ekspertizasının qısa vaxt ərzində və operativ şəkildə həyata keçirilməsi məqsədilə bu sahədə ixtisaslaşmış ekspertlərin sərhəd-keçid məntəqələrində fəaliyyətə başlayacaqlarını diqqətə çatdırıblar.

Açıqlamada deyilir ki, tərəflər qarşılıqlı əməkdaşlıq və məlumat mübadiləsinin gücləndirilməsinin sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, ümumi işə fayda verəcəyinə əminliklərini ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi