Rusiya Azərbaycana "QAZ" avtomobillərinin tədarükü ilə bağlı danışıqlar aparır

Rusiya Azərbaycana "QAZ" avtomobillərinin tədarükü ilə bağlı danışıqlar aparır Bu barədə Nijeqorod vilayətinin qubernatoru məlumat verib
Biznes
27 Fevral , 2017 23:28
Rusiya Azərbaycana QAZ avtomobillərinin tədarükü ilə bağlı danışıqlar aparır

Bakı. 27 fevral. REPORT.AZ/ Rusiyanın "QAZ Qrupu" şirkətinin istehsalı olan avtomobillərin Azərbaycan tədarükü ilə bağlı danışıqlar aparılır.

"Report" xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiyanın Nijeqorod vilayətinin qubernatoru Valeri Şantsev məlumat verib.

Onun sözlərinə görə, vilayət administrasiyası şirkət məhsullarının MDB ölkələri bazarlarında satılması üçün "QAZ Qrupu"na köməklik göstərir.

"Hazırda belə danışıqlar Azərbaycanla aparılır, həmçinin 2017-ci ildə "QAZ" üçün Tacikistan da perspektivli bazardır. Biz bu işi bütün MDB ölkələri üzrə aparırıq", - deyə qubernator bildirib.

Son xəbərlər

Orphus sistemi