Rusiya Azərbaycana “Hyundai Creta” ixrac edəcək

Rusiya Azərbaycana “Hyundai Creta” ixrac edəcək Avtomobilin qiyməti hələ ki, gizli saxlanılır
Biznes
23 Yanvar , 2016 20:20
Rusiya Azərbaycana “Hyundai Creta” ixrac edəcək

Bakı. 23 yanvar. REPORT.AZ/ Yanvarın 22-də Sankt-Peterburqda yerləşən “Hyundai” avtomobil zavodu fəaliyyətini bərpa etmək qərarına gəlib.

“Report” xəbər verir ki, artıq bu ilin yayında konsernin Rusiyadakı nümayəndəliyi yeni nəsil “Creta” yolsuzluq avtomobilinin istehsalına başlamaq niyyətindədir.

Yeni avtomobil təkcə Rusiya ərazisində deyil, həm də keçmiş Sovet respublikalarında, eləcə də Azərbaycanda satışa çıxarılacaq. Avtomobilin qiyməti hələ ki, gizli saxlanılır. 

Son xəbərlər

Orphus sistemi