Yuxarı
    Bağlamaq

    Rüfət Məmmədov: "İran şirkətləri Azərbaycanın əsas kapitalına 1,2 milyard dollar vəsait yatırıb"

    Bakıda Azərbaycanda və İranda investisiya imkanları mövzusunda konfrans keçirilib

    Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün Bakıda "Azərbaycanda və İranda investisiya imkanları" mövzusunda konfrans keçirilir. 

    "Report"un məlumatına görə, konfransda çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov bildirib ki, İran şirkətləri Azərbaycanın əsas kapitalına 1,2 milyard ABŞ dolları vəsait qoyub. 

    "Bu vəsaitin 145 milyon dolları qeyri-neft sektoruna yatırılıb. İki ölkə arasında investisiya sahəsində əməkdaşlıq etmək üçün böyük potensial var. Azərbaycanla İran arasında münasibətlər çox yaxşıdır və dövlət səviyyəsində bir çox sahələrdə əməkdaşlıq edilir. Münasibətlərin yüksək səviyyədə olması həm ticari, həm siyasi, həm də iqtiaadi əməkdaşlığa müsbət təsir göstərir. Azərbaycanda 450-ə yaxın İranın investisiya şirkəti fəaliyyət göstərir. Bu, çox müsbət haldır. İnvestisiya şirkətlərinin ölkədə fəaliyyət göstərməsinin qeyri-neft sektoruna təsiri böyükdür", - deyə o, qeyd edib. 

    İran hökumətinin təmsilçisi Fərhad Qasımzadə isə çıxışında deyib ki, Azərbaycanla İran bir çox sahələrdə əməkdaşlığı uğurla davam etdirir: "İki ölkə arasında neft, qaz, bank, sığorta, kənd təsərrüfatı, turizm, tikinti sahələrində əməkdaşlıq var. Sözügedən sahələrdə 6 memorandum imzalanıb. Bu memorandumlar çərçivəsində 3 aydır şirkətlərin hansı sahəyə investisiya qoymasının əlverişli olması araşdırılır. Ümid edirik ki, Azərbaycan və İranın investisiya şirkətlərinin əməkdaşlıqlarının daha böyük prespektivi olacaq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi