Yuxarı
    Bağlamaq

    Dmitri ​Roqozin: "Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsi tarixi rekord həddə çatıb"

    Ölkələrimiz arasındakı ticarət dinamikası MDB ölkələri arasında ən yüksək göstəricilərə malik olub

    Bakı. 9 oktyabr. REPORT.AZ/ "Rusiya və Azərbaycan ticarət sahəsində rekord müəyyən edib".

    "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Dmitri Roqozin Azərbaycan Respublikası və Rusiya Federasiyası iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında bildirib.

    "Keçən il Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 12% artıb və tarixdə ən yüksək həddə - 4 milyard ABŞ dolları həcminə çatıb", - o qeyd edib.

    Hökumət başçısı müavininin sözlərinə görə, ölkələrimiz arasındakı ticarət dinamikası MDB ölkələri arasında ən yüksək göstəricilərə malik olub. Eyni zamanda, Roqozin 2009-cu ildən bu yana, Rusiya və Azərbaycan arasındakı qarşılıqlı ticarət dövriyyəsi həcminin iki dəfədən çox artdığını bildirib.

    Rusiya iqtisadi inkişaf nazirinin birinci müavini Aleksey Lixaçov da rekord faktını təsdiqləyərək bu göstəricinin Rusiyanın MDB ölkələri ilə qarşılıqlı ticarətində ən yüksək rəqəmlər olduğunu deyib. Nazir müavininin sözlərinə görə, Azərbaycanda Rusiyadan olan 600-ə yaxın müəssisə və şirkət fəaliyyət göstərir. Onlar ya 100% Rusiyaya məxsusdur, ya da birgə müəssisələr kimi işləyirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi