​“Rolls-Royce” “Phantom Zenith”in xüsusi versiyasını təqdim edib

​“Rolls-Royce” “Phantom Zenith”in xüsusi versiyasını təqdim edib Avtomobilin bu seriyası məhduddur və heç zaman genişləndirilməyəcək
Biznes
19 May , 2016 19:33
​“Rolls-Royce” “Phantom Zenith”in xüsusi versiyasını təqdim edib

Bakı. 19 may. REPORT.AZ/ “Rolls-Royce Motor Cars” şirkəti tarixin sonuncu “Phantom Drophead Coupe” və “Phantom Coupe” modellərinin daxil olacağı yeni “Phantom Zenith” avtomobil kolleksiyasını təqdim edib. “Report”un “RED Communications”a istinadən verdiyi xəbərə görə, şirkət “Phantom” modelinin 7-ci seriyasının istehsalının dayandırılmasına həsr olunacaq yeni kolleksiyanın hazırlanması barədə planlarını hələ bu ilin fevral ayında açıqlayıb. Lakin sözügedən xüsusi versiyalı avtomobillərin xarici və daxili görünüşü yalnız indi məlum olub.

“Biz “Rolls-Royce” tarixinin yeni şərəfli səhifəsini açırıq və mən fəxrlə “Bespoke” avtomobil kolleksiyasını təqdim edirəm, hansı ki, iki nadir və məşhur ultra-lüks modelinə haqq qazandıracaq: “Phantom Drophead Coupe” və ”Phantom Coupe”. “Phantom Zenith” avtomobil kolleksiyası brendin dəbdəbəni təyin edən yeni standartların tətbiqetmə cəhdlərini göstərir”, - deyə “Rolls-Royce Motor Cars” şirkətin baş direktoru Torsten Müller-Ötvös bildirib.

Kolleksiya çərçivəsində istehsal olunacaq bütün 50 avtomobilə kolleksiyaçılar tərəfindən artıq sifarişlər daxil olub ki, bununla da onlar dünyanın ən dəbdəbəli kolleksiyaları genişləndirə biləcəklər. Bundan başqa, avtomobilin bu seriyası məhduddur və heç zaman genişləndirilməyəcək.

Qeyd edək ki, 113 il bundan öncə təsis olunan “Rolls-Royce Motor Cars” şirkəti 2003-cü ilin yanvarın 1-də sifarişçiyə yeddinci nəsil ilk “Phantom” avtomobilini “Rolls-Royce”un Qudvudda (Böyük Britaniya) yerləşən zavodunda təqdim edib. Avtomobilin güclü və kompromissiz zərifliyi dünyanın ən tələbkar və nüfuzlu ekspertlərin dərhal rəğbətini qazanıb.

Son xəbərlər

Orphus sistemi