Ravalpindi Ticarət və Sənaye Palatasının prezidenti Azərbaycan investorlarını Pakistana dəvət edib

Ravalpindi Ticarət və Sənaye Palatasının prezidenti Azərbaycan investorlarını Pakistana dəvət edib Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycan Pakistan üçün ən yaxın ölkələrdəndir və ölkəmiz Azərbaycanın müstəqilliyini tanıyan 3-cü ölkə olub. Bu ölkədə keçirəcəyimiz biznes forum hər iki ölkə üçün faydalı olacaq.
Biznes
3 İyul , 2018 12:12
Ravalpindi Ticarət və Sənaye Palatasının prezidenti Azərbaycan investorlarını Pakistana dəvət edib
0 : 00
0 : 00

Bakı. 3 iyul. REPORT.AZ/ "Azərbaycan Pakistan üçün ən yaxın ölkələrdəndir və ölkəmiz Azərbaycanın müstəqilliyini tanıyan 3-cü ölkə olub. Bu ölkədə keçirəcəyimiz biznes forum hər iki ölkə üçün faydalı olacaq".

"Report"un məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Pakistanın Ravalpindi Ticarət və Sənaye Palatasının (RCCI) təşkil etdiyi mətbuat konfransında qurumun prezidenti Zahid Lətif Xan deyib.

Onun sözlərinə görə, Pakistanın birinci Ticarət Palatalardan biri olan Ravalpindi Ticarət və Sənaye Palatasının nümayəndələrinin Azərbaycana səfəri zamanı ölkənin müxtəlif sahələrini təmsil edən biznesmenləri və rəsmiləri ilə forum keçiriləcək və bundan sonra RCCI-nın mükafatların təqdim edilməsi nəzərdə tutulub.

Daha sonra çıxış edən RCCI-nın keçmiş prezidenti Sohail Altaf bildirib ki, konfransın keçirilməsinin məqsədi iki ölkə arasında ticarətin, turizmin, sərmayələrin təşviqidir. Onun sözlərinə görə, 200 milyon nəfərlik bazara sərmayə yatıran hər sahibkar bundan fayda görər: "Biz həmçinin Pakistandan Azərbaycana da sərmayələrin təşviqini məqsəd qoymuşuq. İstəyərdik ki, Azərbaycan investorları Pakistana gəlib, oradakı imkanları ilə tanış olsunlar".

S.Altaf deyib ki, Azərbaycana 450 nəfərə yaxın pakistanlı sahibkar gəlib: "Bu rəqəm asanlıqla "Ginnesin rekordlar kitabı"na da düşə bilər". 

Son xəbərlər

Orphus sistemi