Qubadakı konserv zavodları səhmdarlarına hesabat verəcək

Qubadakı konserv zavodları səhmdarlarına hesabat verəcək Quba konserv-1” və “Quba konserv-2” ASC-lərin səhmdarlarının yığıncağı çağırılıb
Biznes
19 Aprel , 2017 09:10
Qubadakı konserv zavodları səhmdarlarına hesabat verəcək

Bakı. 19 aprel. REPORT.AZ/ İyunun 9-da saat 10:30-da “Quba konserv-1” ASC-nin, saat 12:00-da isə “Quba konserv-2” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaqlar hər iki Cəmiyyətin yerləşdiyi Quba şəhəri, Vaqif küçəsi, 30 ünvanında olacaq.

Yığıncaqların gündəliyinə müəssisələrin illik hesabatının, balansının, mənfəət və zərər hesabatlarının təsdiq olunması məsələsi daxildir.

Xatırladaq ki, “Quba konserv-1” və “Quba konserv-2” ASC-lər müvafiq olaraq 2004-cü və 2002-ci illərdə yaradılıb. Onların nizamnamə kapitalı müvafiq olaraq 896 852 manat və 497 608 manatdır. 

Son xəbərlər

Orphus sistemi