Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi işçi axtarır

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi işçi axtarır Sektor müdiri vəzifəsi üzrə müsahibədə iştirak etmək üçün ərizələr noyabrın 17-dək qəbul olunacaq
Biznes
3 Noyabr , 2015 15:15
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi işçi axtarır

Bakı. 3 noyabr. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsinin korporativ maliyyə sektorunda sektor müdiri vəzifəsi üzrə vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə elan edib. 

"Report"un QKDK-dan aldığı məlumata görə, müsahibədə iştirak etmək istəyənlər ərizənin, əmək kitabçasının, kadr uçotunun şəxsi vərəqəsinin surətini, bir ədəd ağ fonda foto şəkil və son bir ildə intizam tənbeh tədbirinin tətbiq edilməməsi barədə arayışı Komitəyə təqdim etməlidir.

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu noyabrın 17-dək davam edəcək.

Vəzifə maaşı 620 manat olan sektor müdiri vəzifəsini tutmaq üçün namizədin minimum 3 illik iş stajı olmalıdır. 

Son xəbərlər

Orphus sistemi