​Qəbələ rayonunda bəzi marketlərdə əsassız qiymət artımı qeydə alınıb

​Qəbələ rayonunda bəzi marketlərdə əsassız qiymət artımı qeydə alınıb Satılan malların yarlıq qiyməti ilə kassada qeyd olunan qiymətlərində fərqlər olduğu aşkarlanıb
Biznes
6 Mart , 2015 21:42
​Qəbələ rayonunda bəzi marketlərdə əsassız qiymət artımı qeydə alınıb

Bakı. 6 mart. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarına nəzarət tədbirləri paytaxt Bakı ilə yanaşı, ölkə regionlarında da davam etdirilir.

“Report” nazirliyə istinadən məlumat verir ki, Dövlət Xidməti tərəfindən Qəbələ rayonu, Zarağan kəndində Tacəddin Həmidova məxsus “Yeni” marketdə aparılan yoxlama zamanı malların yarlığında göstərilən qiymətlərlə, nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımı yaratmaqla istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxs barədə müvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi