Yuxarı

Qazaxıstan Azərbaycana taxıl tədarükünü artıra bilər

Ölkə ixrac proqnozunu 8,5 milyon tona qədər artırıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Qazaxıstan 2016-2017-ci marketinq ilində taxıl ixracı proqnozunu əvvəlki 7,0-7,5 milyon ton proqnozundan 8,9 mln. tona qədər artırıb.

"Report" xəbər verir ki, bu barədə cümə axşamı ölkənin Kənd Təsərrüfatı Nazirliyi və "Ərzaq müqavilə korporasiyası" Milli Şirkəti" AS-nin nümayəndələri məlumat veriblər.

"Cari ilin taxıl proqnozu daxili bazarı tam olaraq təmin etməyə və ixrac potensialını kifayət qədər yüksək səviyyədə saxlamağa imkan verir", - deyə jurnalistlərə açıqlamasında şirkətin idarə heyətinin sədr müavini Sabit Kaşkimbayev bildirib.

Onun sözlərinə görə, söhbət Mərkəzi Asiya, Əfqanıstan, İran, Çin, Azərbaycan, Gürcüstan və Rusiya, həmçinin "dünya bazarları"na tədarükdən gedir.

Qazaxıstandan taxıl satışının əsas istiqamətləri Mərkəzi Asiya və Xəzər dənizi üzrə qonşu ölkələr olaraq qalmaqdadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi