Yuxarı

Qazaxda və Gəncədə maarifləndirici təlimlər keçirilib

Təlimləri İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi təşkil edib

Bakı. 30 oktyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Qazaxda və Gəncədə treninqlər keçirilib.

Nazirlikdən “Report”a bildirilib ki, “Biznes ideyanı yarat”, “Öz biznesinə başla”, “Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları” mövzularını əhatə edən treninqlərdə iştirakçılara biznes-ideyanın yaradılması, biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, bu sahədə beynəlxalq təcrübə, prioritet biznes istiqamətləri, ixrac sahəsində mövcud qanunvericilik, ixracyönümlü məhsulların istehsalı barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi