Yuxarı

​Qazaxda sahibkarlar üçün treninq keçirilib

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar olub

Bakı. 18 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

“Report” İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir iştirakçılarına nazirliyin göstərdiyi elektron xidmətlər barədə məlumat verilib.

Eyni zamanda “Korporativ idarəetmə”, “Biznes planların və investisiya layihələrinin hazırlanması” mövzularında təşkil edilən treninqdə korporativ idarəetmə standartları, korporativ idarəetmənin prinsip və metodları, korporativ idarəetmənin şəffaflığın artırılmasında rolu, biznes ideyanın yaradılması, biznes planın tərtib edilməsi və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanan metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi