Qazaxda sahibkarlar üçün treninq keçirilib

Qazaxda sahibkarlar üçün treninq keçirilib Treninqi İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi təşkil edib
Biznes
15 Dekabr , 2016 15:01
Qazaxda sahibkarlar üçün treninq keçirilib

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

İqtisadiyyat Nazirliyindən “Report”a verilən xəbərə görə, “Üzümçülüyün inkişaf perspektivləri”, “Kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi” mövzularını əhatə edən treninqdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı (2012-2020-ci illər), Qazax rayonunun iqtisadi pasportu, kənd təsərrüfatında ixtisaslaşma, ekoloji təmiz üzüm istehsalının təşkili, üzümçülükdə məhsuldarlığın və səmərəliliyin yüksəldilməsi, innovativ əkin və becərmə texnologiyalarının tətbiqi, bu sahədə beynəlxalq təcrübə və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Bununla yanaşı, Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə ətraflı məlumat verilib.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi