Qazax və Şəkidə biznesə dair treninqlər keçirilib

Qazax və Şəkidə biznesə dair treninqlər keçirilib Bakı. 7 dekabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazax rayonunda məcburi köçkün gənclər və yaşlılar üçün, Şəki şəhərində isə gənclər üçün treninqlər keçirilib.
Biznes
7 Dekabr , 2017 19:37
Qazax və Şəkidə biznesə dair treninqlər keçirilib

Bakı. 7 dekabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazax rayonunda məcburi köçkün gənclər və yaşlılar üçün, Şəki şəhərində isə gənclər üçün treninqlər keçirilib.

Bu barədə “Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

"Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə KOS subyektləri üçün araşdırma və inkişaf imkanlarının genişləndirilməsi məqsədilə keçirilən treninqlər ekoloji təmiz kənd təsərrüfatı, kənd təsərrüfatında logistika, biznes planların tərtib edilməsi, əmək münasibətləri və s. mövzuları əhatə edib.

Tədbirlərdə iştirakçılar həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb.

Son xəbərlər

Orphus sistemi