“Qatar Airways” Qətərin blokadasına görə 69 mln. dollar itirib

“Qatar Airways” Qətərin blokadasına görə 69 mln. dollar itirib Bakı. 19 sentyabr. REPORT.AZ/ Qətərin milli aviadaşıyıcısı - “Qatar Airways” qonşu ölkələrin tətbiq etdiyi blokadaya görə son 1 ildə 69 mln. ABŞ dolları itirib.
Biznes
19 Sentyabr , 2018 11:47
“Qatar Airways” Qətərin blokadasına görə 69 mln. dollar itirib
0 : 00
0 : 00

Bakı. 19 sentyabr. REPORT.AZ/ Qətərin milli aviadaşıyıcısı - “Qatar Airways” qonşu ölkələrin tətbiq etdiyi blokadaya görə son 1 ildə 69 mln. ABŞ dolları itirib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Şirkət öz hesabatında bu ilin son 20 il ərzində ən çətin illərdən biri olduğu vurğulayıb.

Qeyd edəki ki, 2017-ci il iyunun 5-də Səduiyyə Ərəbistanı, BƏƏ, Misir, Maldivlər, Yəmən və Liviya Qətərlə diplomatik əlaqələrin ayrıldığını elan ediblər. Buna səbəb kimi isə hökumətin terror təşkilatlarını maliyyələşdirməsi və digər ölkələrin müstəqilliyinə qarışması göstərilib. Bu ölkələr Qətər təyyarələrinə öz ərazilərdə uçmağı qadağan edib.

Bunun nəticəsində “Qatar Airways” 18 istiqamətdə reysini bağlamağa məcbur olub. Şirkətin hesabatında qeyd olunur ki, digər istiqamətlərə yönləndirmələr böyük xərclər tələb edib. Şirkətin 2017/2018 maliyyə ili üzrə gəliri 2,6 mlrd. dollar təşkil edib.  

Son xəbərlər

Orphus sistemi