“Qatar Airways” Moskva aeroportundan pay alacaq

“Qatar Airways” Moskva aeroportundan pay alacaq Bakı. 26 mart. REPORT.AZ/ “Qatar Airways” şirkət Moskvanın (Rusiya) Vnukovo Beynəlxalq Aeroportundan 25%-lik pay alacaq.
Biznes
26 Mart , 2018 17:39
“Qatar Airways” Moskva aeroportundan pay alacaq

Bakı. 26 mart. REPORT.AZ/ “Qatar Airways” şirkət Moskvanın (Rusiya) Vnukovo Beynəlxalq Aeroportundan 25%-lik pay alacaq.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə aviaşirkətin baş direktoru Əkbər Əl-Bakir məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı razılaşma Qətər əmiri Təmim bin Həməd Al Saninin bu gün Rusiyaya səfəri çərçibəsində imzalanacaq.

Xatırladaq ki, sözügedən hava limanı Moskvada fəaliyyət göstərən 3 aeroportdan biridir. Ötən il onun sərnişin dövriyyəsi 30,1% artaraq 18,1 mln. nəfərə çatıb. Hazırda “Vnukovo”nun səhmlərinin 25%-i Rusiyanın dövlət əmlakının idarə edilməsi üzrə federal agentliyinə (“Rosimuşestvo”), qalanı isə müxtəlif şirkətlərə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi