“Qaradağ Tikinti Materialları” ASC-nin rəhbərliyi yenidən formalaşdırılacaq

“Qaradağ Tikinti Materialları” ASC-nin rəhbərliyi yenidən formalaşdırılacaq Müəssisənin səhmdarlarının ümumi yığıncağı çağırılıb
Biznes
29 İyun , 2017 11:33
“Qaradağ Tikinti Materialları” ASC-nin rəhbərliyi yenidən formalaşdırılacaq

Bakı. 29 iyun. REPORT.AZ/ İyulun 25-də, saat 15:00-da “Qaradağ Tikinti Materialları” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq müəssisənin yerləşdiyi Bakının Qaradağ rayonunda, Qaradağ stansiyasında olacaq.

Yığıncağın gündəliyinə Cəmiyyətin Müşahidə Şurasının sədrinin və üzvlərinin seçilməsi, baş direktorun təyin edilməsi məsələləri daxildir. Əlaqələndirici şəxs Əmrağa Xəlilovdur. Telefon: (070) 727-51-96.

Xatırladaq ki, “Qaradağ Tikinti Materialları” ASC 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 957 474 manatdır. 

Son xəbərlər

Orphus sistemi