Yuxarı

“Qala Həyat” Sığorta Şirkəti “Uğur" Milli Mükafatına layiq görülüb

Bakı. 20 fevral. REPORT.AZ/ Həyat sığortası bazarının aparıcı şirkətlərindən olan “Qala Həyat” Sığorta Şirkəti ASC yüksək keyfiyyətli xidmətləri ilə müştəri məmnuniyyətini qazanmış maliyyə qurumu olaraq ölkədə sığorta bazarının inkişafına da öz töhfəsini verməklə fəaliyyətini uğurla davam etdirir.

Bu fəaliyyətin nəticəsi olaraq, şirkətə “Sığortaçılığın inkişafına verdiyi töhfəyə görə” nominasiyası üzrə ölkənin ən nüfuzlu biznes mükafatı sayılan “Uğur 2018” Milli Mükafatı təqdim edilib.

Təqdimat mərasimdə “Qala Həyat"ın Satış Departamentinin müdiri Amil Cəlilov çıxış edərək şirkət adından təşkilatçılara öz minnətdarlığını bildirib: “Hamıya məlumdur ki, 10 ilə yaxın fəaliyyət tarixinə malik olan “Qala Həyat” Azərbaycan sığorta bazarında dayanıqlı mövqe tutan və fəaliyyəti ərzində müştərilərin inamını doğruldan şirkətə çevrilib. Şirkətimiz Azərbaycan sığortaçıları arasında yüksək imiclə yanaşı, göstədiyi yüksək xidmətlərinə görə müştərilərin məmnuniyyətini qazanmış şirkət kimi tanınır. Məhz bu xidmətlərimizə görə “Qala Həyat”a verilən dəyərə görə bütün təşkilatçılara təşəkkür edirəm.

Qeyd edək ki, Azərbaycanda ilk müddətsiz lisenziya alan “Qala Həyat” 2010-cu ildən fəaliyyətə başlayıb. Şirkət müştərilərə qanunvericiliklə nəzərdə tutulmuş həyat sığortasının bütün növlərini təklif edir.

Xatırladaq ki, “Uğur” Milli Mükafatını 2000-ci ildə işgüzar nəşr olan “Consulting&Business” jurnalı təsis edib. Mükafat fəaliyyət sahəsi üzrə əhəmiyyətli nailiyyətlər əldə etmiş və Azərbaycanın inkişafına töhfə vermiş qurumlara, təşkilatlara, şirkətlərə verilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi