Polşa Dövlət Ticarət Agentliyi: Azərbaycan - sərmayə yatırıla biləcək ölkələrdəndir

Polşa Dövlət Ticarət Agentliyi: Azərbaycan - sərmayə yatırıla biləcək ölkələrdəndir Polşa Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafında maraqlıdır
Biznes
21 May , 2016 10:49
Polşa Dövlət Ticarət Agentliyi: Azərbaycan - sərmayə yatırıla biləcək ölkələrdəndir

Bakı. 21 may. REPORT.AZ/ "Azərbaycan bizim üçün dünyanın bu hissəsində ən vacib ölkə olmalıdır". Bu barədə "Report"a Polşa Dövlət Ticarət Agentliyi rəhbərinin müavini Yaroslav Ovolski bildirib.

Onun sözlərinə görə, iki ölkə kənd təsərrüfatı sahəsində əməkdaşlıq edir: "Hesab edirəm ki, sonradan digər ölkələrlə əməkdaşlığı genişləndirmək üçün Azərbaycanı nəqliyyat mərkəzi hesab etmək lazımdır. Düşünürük ki, Azərbaycan - sərmayə yatırıla biləcək ölkələrdəndir".

Y.Ovolski həmçinin qeyd edib ki, səfər çərçivəsində bu məsələləri Azərbaycanın rəsmi şəxslərilə görüşlər zamanı da müzakirə edib: "Onlardan istədiklərimi eşitdim. Mən təsdiq etdim ki, İpək Yolunun yenidən yaradılmasında maraqlıyıq".

Bundan başqa, Y.Ovolski bildirib ki, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevə Polşaya səfər etmək üçün dəvət göndərilib: "Ümid edirik ki, səfər yaxın aylarda baş tutacaq".

Polşa və Azərbaycanın bir-birindən idxal edə biləcək məhsullar haqqında danışan Y.Ovolski qeyd edib ki, bu məsələ tərəflərin təklif edəcəyi qiymətlərə bağlıdır.

Son xəbərlər

Orphus sistemi