Okinava prefekturasının nümayəndə heyəti Azərbaycana gəlib

Okinava prefekturasının nümayəndə heyəti Azərbaycana gəlib ​Bakıda Yaponiya iş adamları üçün təqdimat keçirilib
Biznes
12 Aprel , 2016 10:41
Okinava prefekturasının nümayəndə heyəti Azərbaycana gəlib

Bakı. 12 aprel. REPORT.AZ/ Aprelin 11-də Bakı Biznes Mərkəzində Yaponiyanın Okinava prefekturası parlamentinin sədri Masahuru Kinanın rəhbərlik etdiyi rəsmi şəxslər və iş adamlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, görüşdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb: “Yaponiya şirkətləri tərəfindən bu günədək Azərbaycan iqtisadiyyatına 4,8 mlrd. dollar investisiya qoyulub. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi iki dəfədən çox artaraq 558,1 mln. dollar təşkil edib”.

Qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən S.Babayev bu sahədə Yaponiyanın kənd təsərrüfatı, sənaye, turizm sahələrində ixtisaslaşmış regionu olan Okinava prefekturası ilə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğunu bildirib: “Bu əlaqələrin inkişafında Yaponiya nümayəndə heyətinin ölkəmizə səfərinin əhəmiyyəti böyükdür”.

Okinava prefekturası parlamentinin sədri M.Kina Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, Bakıya səfəri çərçivəsində keçirəcəyi görüşlərin əlaqələrin genişləndirilməsi baxımdan önəmli olacağını vurğulayıb: “Səfərin əsas məqsədi Azərbaycanla yaxından tanış olmaq və Okinava prefekturasına daxil olan Miyakocima şəhəri ilə Naxçıvan şəhərinin qardaşlaşmaq istəyini reallaşdırmaqdır”.

Azərbaycanın investisiya mühiti və biznes imkanları barədə təqdimatla çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov iqtisadiyyatın qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunması istiqamətində həyata keçirilən sistemli tədbirlər, o cümlədən Azpromo tərəfindən bu sahədə görülən işlər barədə məlumat verib, Yaponiya iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Son xəbərlər

Orphus sistemi