Yuxarı

"Nikoil Bank" xeyriyyə aksiyaları keçirib

"Nikoil Bank" xeyriyyə aksiyaları keçirib

Bakı. 1 iyun. REPORT.AZ/ NIKOIL | Bank Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində iki xeyriyyə aksiyası keçirib. Səhər saatlarında Bankın kollektivi Bilgəh qəsəbəsində Uşaqlar üçün Sümük-Vərəm Xəstəlikləri Dispanserini ziyarət edib və müalicə alan uşaqlar üçün əyləncəli tədbir təşkil edib. Günün ikinci yarısında NIKOIL | Bank -ın baş ofisində həm mərkəzi ofisin, həm də şəhər filiallarının əməkdaşlarının iştirakı ilə donor qanının verilməsi üzrə ənənəvi aksiya keçirilib.

Korporativ sosial məsuliyyət proqramı çərçivəsində NIKOIL | Bank xəstə və yardıma ehtiyacı olan uşaqlara kömək üçün müntəzəm olaraq müxtəlif sosial və xeyriyyə aksiyaları keçirir. Bank rəhbərliyi və işçi heyətinin sosial fəallığı sayəsində NIKOIL | Bank artıq 10 ildən çoxdur ki qan bankının fəxri donoru adını layiqincə daşıyır.

NIKOIL | Bank - Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsinə sahib olan universal maliyyə-kredit təşkilatıdır. Bank bütün növ hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri kimi əməliyyatları təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012)981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı https://www.facebook.com/nikoilbank

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi