“Neftmaş-Tikinti”nin rəhbərliyi yenidən formalaşdırılacaq

“Neftmaş-Tikinti”nin rəhbərliyi yenidən formalaşdırılacaq Müəssisənin səhmdarlarının yığıncağı çağırılıb
Biznes
19 Aprel , 2017 09:05
“Neftmaş-Tikinti”nin rəhbərliyi yenidən formalaşdırılacaq

Bakı. 19 aprel. REPORT.AZ/ Mayın 28-də, saat 11:00-da “Neftmaş-Tikinti” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Bu barədə “Report” Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, yığıncağın gündəliyinə müəssisənin 2016-cı ildəki təsərrüfat fəaliyyətinin yekunlarının müzakirə edilməsi, İdarə Heyətinin və Müşahidə Şurasının yeni tərkibdə təyin olunması məsələləri daxildir.

Xatırladaq ki, “Neftmaş-Tikinti” ASC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 94546 manatdır. 

Son xəbərlər

Orphus sistemi