​Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərəcək sahibkarlara güzəştli kreditlər veriləcək

​Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərəcək sahibkarlara güzəştli kreditlər veriləcək Bu il 4 543 sahibkara 197 miln. manatdan artıq güzəştli kredit verilib
Biznes
29 Oktyabr , 2015 18:05
​Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərəcək sahibkarlara güzəştli kreditlər veriləcək

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birgə təşkilatçılığı ilə Neftçala rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib.

"Report" xəbər verir ki, forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilib, Neftçala Sənaye Məhəlləsində sahibkarların müvafiq investisiya layihələrinin həyata keçirilməsi təşviq olunub, sənaye məhsullarının istehsalı və emalı ilə bağlı hazırlanmış nümunəvi investisiya layihələrinin, o cümlədən plastik qapı-pəncərə, dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər, corab, təbii məhsullardan sabun istehsalı üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarların təklifləri öyrənilib, onlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, maarifləndirici materiallar paylanıb.

Tədbirdə cari ilin ötən dövrü ərzində 4 543 sahibkara 197,3 miln. manat güzəştli kredit verildiyi qeyd olunub. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10 700-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Neftçala Sənaye Məhəlləsində investisiya layihələrinin həyata keçirilməsi üçün güzəştli kreditlər verilə bilər.

Bildirilib ki, Neftçala rayon İcra Hakimiyyəti tərəfindən 10 ha torpaq sahəsi ayrılıb. Təsdiq olunmuş layihəyə əsasən, ərazidə hər biri 2 moduldan ibarət olan və ümumi sahəsi 15 min kv. metrə yaxın olan 8 istehsal bloku, inzibati bina və bütün zəruri infrastruktur yaradılaraq sahibkarların istifadəsinə veriləcək. Bundan başqa, inzibati binada sahibkarların fəaliyyətinin səmərəli təşkili üçün hüquqi, bank, sığorta, ümumi mühasibatlıq, eləcə də təlimlərim keçirilməsi təklif olunacaq. Hazırda Sənaye Məhəlləsinin fəaliyyəti üçün inzibati bina, ümumi sahəsi 8 min kvadratmetrə yaxın olan 4 ədəd istehsal bloku və zəruri infrastrukturun tikintisi davam etdirilir.

İşgüzar forumda Aran iqtisadi rayonunda fəaliyyət göstərən 68 sahibkara 12,6 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, cins heyvandarlıq, müasir istixana komplekslərinin yaradılması, əkinçilik və s. sahələrin inkişafına yönəldiləcək. 

Son xəbərlər

Orphus sistemi