Nazir müavini: "Məşğulluqda özəl sektorun payı 75%-i keçir"

Nazir müavini: "Məşğulluqda özəl sektorun payı 75%-i keçir" Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi istiqamətində atılan addımlar öz müsbət nəticəsini verir. Məşğulluqda özəl sektorun payının 75%-i ötməsi sahibkarlığa verilən diqqətin nəticəsidr.
Biznes
14 Noyabr , 2017 10:58
Nazir müavini: Məşğulluqda özəl sektorun payı 75%-i keçir

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi istiqamətində atılan addımlar öz müsbət nəticəsini verir. Məşğulluqda özəl sektorun payının 75%-i ötməsi sahibkarlığa verilən diqqətin nəticəsidr.

"Report"un verdiyi xəbərə görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "Biznes-inkubatorların və sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi, startap layihələrinin dəstəklənməsi" mövzusunda bu gün Bakıda keçirilən tədbirdə çıxışı zamanı bildirib.

"Bu gün sahiblkarlar iqtisadiyyatda fəallıq nümayiş etdirir, yaradılmış potensial yeni ixrac imkanlarının araşdırılmasına imkan yaradıb. Artıq ölkədə ixrac yönümülü məhsullar istehsal olunur. Azərbaycan məhsulları dünya bazarında öz sözünü deyir. Xüsusi missiyaların tətbiqi, biznes-forumların keçirilməsi, beynəlxalq sərgilərdə iştirak yerli məhsulların xarici bazarda tanıdılması üçün mexanizmlərdir. Qeyri-neft sektoru, qeyri-neft ixracı artır. Bu istiqamətdə müsbət dinamika qeydə alınır. Bu da stimul verir ki, bu istiqamətdə işlər davam etdirilsin", - nazir müavini əlavə edib.

S.Məmmədov qeyd edib ki, ölkə iqtisadi dayanıqlıqlıq nümayiş etdirir: "Bu da tək ölkədaxili deyil, beynəxalq maliyyə qurumlarının hesabtalarında öz əksini tapır. Bir sözlə, ölkədə həyata keçirilən iqtisadi islahatlar iqtisadi inkişafa müsbət təsirini göstərir".

Son xəbərlər

Orphus sistemi