Nazir müavini: "İndiyədək 5100-dən çox gənc sahibkara 355,3 mln. manat güzəştli kredit verilib"

Nazir müavini: "İndiyədək 5100-dən çox gənc sahibkara 355,3 mln. manat güzəştli kredit verilib" Sahib Məmmədov: Bu kreditlərdən istifadə 15300-dən çox yeni iş yerinin açılmasına imkanı yaradır
Biznes
1 İyul , 2016 19:42
Nazir müavini: İndiyədək 5100-dən çox gənc sahibkara 355,3 mln. manat güzəştli kredit verilib

Bakı. 1 iyul. REPORT.AZ/ Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Gənclər arasında sahibkarlığın təşviqi: yeni çağırışlar və perspektivlər” mövzusunda tədbir keçirilib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə İqtisadiyyat, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm nazirliklərinin, AR Prezidenti yanında Gənclər Fondunun,Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri, xalq sənətkarlığı, arıçılıqla məşğul olan sahibkarlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Bakı Biznes Mərkəzində təşkil edilən 30-dək sahibkar tərəfindən təqdim olunan, ölkənin müxtəlif rayonlarını əhatə edən 20 çeşiddə arıçılıq və xalq sənətkarlığı məhsullarının sərgisi ilə tanış olublar.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında deyib ki, Azərbaycanda gənclərin məşğulluğunun təmin edilməsinə və sosial problemlərinin həllinə, həmçinin onların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə böyük diqqət və qayğı göstərilir: “Gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsində biznes inkubatorların rolu böyük olub. Sahibkarlıq fəaliyyətinə, gənclərin məşğulluğunun artırılmasına dəstək məqsədilə bugünədək 5100-dən çox gənc sahibkara 355,3 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 15300-dən çox yeni iş yerinin açılması imkanı yaradır. Kənd təsərrüfatının inkişafıölkədə həyata keçirilən uğurlu iqtisadi inkişaf strategiyasının əsas tərkib hissəsidir. O cümlədən arıçılığın inkişafına dövlət tərəfindən xüsusi diqqət göstərilir".

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov rəhbəri olduğu qurumun İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə yeni yaradıldığını bildirib: “Arıçılığın inkişaf etdirilməsi üçün arıçılıq məhsullarının tədarükü, qablaşdırılması, marketinqi ilə bağlı müasir yanaşmaların tətbiqi, arıçıların bilik və bacarıqlarının artırılması istiqamətində Nazirliklə birgə layihələrdə iştirak edəcək”.

Son xəbərlər

Orphus sistemi