Yuxarı
    Bağlamaq

    Nazir müavini: "Ən önəmli məsələlərdən biri nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsidir"

    Sahib Ələkbərov: Artıq vergi borcu olan hüquqi şəxslərin ölkədən çıxması məhdudlaşdırılıb

    Bakı. 26 iyul. REPORT.AZ/ "Bu gün ən önəmli məsələlərdən biri nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır. Hələ bir neçə il əvvəl təklif etdik ki, bütün ödəmələr nağdsız olsun və biz də belə ödənişlərə görə ƏDV-ni 18% deyil, 9%-lə hesablayaq. Lakin bu, elə təklif olaraq qaldı". 

    "Report" xəbər verir ki, bunu jurnalistlərlə keçirilən görüşdə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

    S.Ələkbərovun sözlərinə görə, bu gün ƏDV sistemi tam avtomatlaşdırılıb: "Hazırda ƏDV bəyannamələrinin 98%-i tam avtomatlaşdırılıb".

    Nazir müavini həmçinin vergi borcları ilə bağlı məsələlərə toxunub: "Hazırda vergi ödəyicilərinin büdcəyə olan vergi borcu 1,6 mlrd. manatdan bir qədər çoxdur. Bu ildən etibarən vergi borcu olan hüquqi şəxslərin ölkədən çıxması məhdudlaşdırılıb".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi