Yuxarı

Nazir müavini: "Azərbaycanla Fransa arasında geniş iqtisadi münasibətlər mövcuddur"

Andre Valli: Azərbaycan Fransanı sabiq tərəfdaş kimi görə bilər

Bakı. 26 noyabr. REPORT. AZ/ Azərbaycanla Fransa arasında geniş iqtisadi münasibətlər mövcuddur və bunun inkişafına dəstək verən amillər sırasında hər iki ölkə rəhbərinin siyasi iradəsi, münasibətlərdəki inkişaf potensialını göstərmək olar. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Fransa işgüzar görüşü zamanı iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirib. 

Nazir müavini qeyd edib ki, Fransa şirkətləri Azərbaycanda geniş təmsil olunub, buradakı böyük layihələrdə iştirak edir: "Əldə olunan razılığa görə, fransız şirkətlərinin Azərbaycana investisiyalarını artırmaq üçün birgə səylərimizi də gücləndirəcəyik. Fransa şirkətləri Azərbaycan iqtisadiyyatının diversifikasiyasında iştirak edir. Fransa və Azərbaycanın regionları arasında qardaşlaşma sənədləri mövcuddur. Görüş zamanı da bu münasibətlərin genişləndirilməsi, gələcəkdə münasibətlərin necə inkişaf edəcəyini müzakirə edəcəyik", - deyə S.Həsənova qeyd edib.

Fransa Mərkəzləşdirmə və Dövlət Qulluğu üzrə Nazirliyinin regionların islahatları məsələləri üzrə dövlət katibi Andre Valli isə bildirib ki, qarşılıqlı münasibətlərin inkişafı üçün bütün səylər səfərbər edilməlidir: "İqtisadi münasibətlərimizin inkişafı regionlarımız arasındakı əlaqələrin inkişafından qaynaqlanır. Deyə bilərəm ki, Azərbaycan Fransanı sabiq tərəfdaş kimi görə bilər".

Daha sonra azərbaycanlı nazir müavini ölkə iqtisadiyyatının qeyri-neft sektoru, xüsusən turizm, kənd təsərrüfatı, təhsil, elm, liman və digər sahələrində Fransa ilə əməkdaşlığın vacib olduğunu əlavə edib. S.Həsənova Bakı Beynəlxalq Dəniz Ticarət Limanının böyük potensiala malik olduğunu və Fransanın bu sahədə mövcud təcrübəsinin yararlı olacağını qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi