Nazir müavini: "Azərbaycan məhsulları Moskvada maraqla qarşılanıb"

Nazir müavini: "Azərbaycan məhsulları Moskvada maraqla qarşılanıb" Nazir müavini Sahil Babayev Rusiya ilə Azərbaycanın müxtəlif səviyyələrdə fəal əməkdaşlıq etdiyini deyib
Biznes
11 Sentyabr , 2017 17:20
Nazir müavini: Azərbaycan məhsulları Moskvada maraqla qarşılanıb
Report.az

Bakı. 11 sentyabr. REPORT.AZ/ "Rusiya ilə Azərbaycan müxtəlif səviyyələrdə olduqca fəal əməkdaşlıq edir. Azərbaycanla Rusiya arasında münasibətləri dostluq, strateji tərəfdaşlıq səviyyəsində səciyyələndirmək olar". "Report" xəbər verir ki, bunu Azərbaycanın ekskluziv partnyor olduğu XXVI “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisində çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib.

"İki ölkə arasında ticarət dövriyyəsinin həcminə baxdıqda, Rusiya Azərbaycanın qeyri-neft ixracında birinci yerdədir. Bu, müsbət dinamika ilbəil daha da artır. Bu il Azərbaycanın Rusiyaya ixrac əməliyyatları 55%-dən çox artıb", - deyə nazir müavini qeyd edib.

Azərbaycan bu sərgidə milli stendlə ilk dəfə çıxış edir və eksklüziv tərəfdaşdır. Milli stenddə 33 yerli şirkət geniş çeşiddə məhsullarını təqdim edib.

S.Babayev əlavə edib ki, sərgi çərçivəsində bir çox şirkətlər Rusiya bazarına ixracla bağlı anlaşma, memorandumlar imzalayıb: "Şərabçıların keçirdiyi dequstasiyalar çox maraq doğurub. Hesab edirik ki, bu cür tədbirlərdə Azərbaycanın qeyri-neft məhsullarının ixrac bazarının şaxələndirilməsi ilə bağlı nailiyyətlərimiz olacaq. Ötən 7 ayın nəticələri çox müsbətdir. Bu ilin ilk 7 ayı ərzində ölkənin qeyri-neft ixracı 30%, kənd təsərrüfatı məhsulları - 38%, sənaye məhsulları - 23% artıb. Bu bazarı daha da ətraflı təhlil edərək öz şirkətlərimizi buraya yönəldirik".

Son xəbərlər

Orphus sistemi