Nazir müavini: "​ASAN" xidmət sahibkarlara lisenziyaları noyabrın 2-dən verəcək" - YENİLƏNİB

Nazir müavini: "​ASAN" xidmət sahibkarlara lisenziyaları noyabrın 2-dən verəcək" - YENİLƏNİB Hazırda lisenziyaların verilməsi ilə əlaqədar işçilər üçün təlimlər keçirilir
Biznes
27 Oktyabr , 2015 13:19
Nazir müavini: ​ASAN xidmət sahibkarlara lisenziyaları noyabrın 2-dən verəcək - YENİLƏNİB

İlk xəbər saat 12:55-də verilib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycanda "ASAN" xidmət vasitəsi ilə müddəti bitmiş yaxud vaxtı ötmüş lisenziyaların verilməsinə noyabrın 2-dən başlanılacaq. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov deyib.

S.Məmmədov hazırda lisenziyaların verilməsi ilə əlaqədar təmsil etdiyi Nazirliyin işçilərinə bəzi təlimlər keçirildiyini açıqlayıb: "Bilirsiniz ki, "ASAN" xidmətin işçilərlə bağlı xüsusi tələbləri var. Bu baxımdan biz öz işçilərimizə təlimlər keçirik. Tezliklə lisenziyaların verilməsinə başlanılacaq". 

"Müddəti bitmiş yaxud vaxtı ötmüş lisenziyaların verilməsinə noyabrın 2-dən başlanılacaq. Yeni müraciət edən sahibkarlar isə tələsməsinlər, onların da müraciəıtlərinə tezliklə baxılacaq. Lisenziyaları Bakıda 5 saylı "ASAN" Xidmət Mərkəzi və regionlardakı "ASAN" xidmət mərkəzləri verəcək", - deyə nazir müavini vurğulayıb.

***

"Hazırda Bərdə, Gəncə, Sumqayıt və Sabirabadda "ASAN" Xidmət Mərkəzləri fəaliyyət göstərir. "ASAN" Xidmət Mərkəzi olmayan rayonlarda isə müvəqqəti olaraq lisenziyaların verilməsi xidməti İqtisadiyyat və Sənaye Nazirliyinin regional bölmələri vasitəsi ilə göstəriləcək", - deyə S.Məmmədov əlavə edib.

Son xəbərlər

Orphus sistemi