Yuxarı

Nazir: "Gürcüstan Azərbaycan iş adamlarına investisiya yatırmaq üçün hər cür şərait yaradır"

Otar Daneliya: Azərbaycan bizim strateji tərəfdaşımızdır, bizim çoxlu ortaq nöqtəmiz var

Bakı. 19 may. REPORT.AZ/ "Gürcüstan Azərbaycan və Gürcüstan sahibkarlarının qarşılıqlı əməkdaşlığı məqsədilə şərait yaradılması üçün mümkün olan hər şeyi edir". "Report" xəbər verir ki, bu barədə Gürcüstanın kənd təsərrüfatı naziri Otar Daneliya Bakıda keçirilən "CaspianAgro-2016" beynəlxalq sərgisinin açılış mərasimində bidirib.

"Azərbaycanla məhsuldar əməkdaşlığa görə şadıq. Azərbaycan bizim strateji tərəfdaşımızdır, bizim çoxlu ortaq nöqtəmiz var. Əməkdaşlığımızın əsas istiqaməti aqrar-sənaye kompleksidir", - deyə O.Daneliya vurğulayıb.

Onun sözlərinə görə, iqtisadiyyatın kənd təsərrüfatı sahəsinə ölkə əhalisinin yarıdan çoxu cəlb edildiyindən, Gürcüstanın bu sektorda bilik və təcrübə ehtiyatına malik olduğunu söyləmək mümkündür: "Əlbəttə, kənd təsərrüfatı sektoru bizim üçün prioritetdir və biz ölkədə hissolunacaq tərəqqi görürük".

Nazir Gürcüstanın Azərbaycan iş adamları da daxil olmaqla, xaricdən investisiya yatırılması üçün hər cür şərait yaratdığını bildirib: "Gürcüstan iqtisadiyyatına birgə və fərdi investisiya edəcək Azərbaycan iş adamlarını alqışlayacağıq. Biz qarşılıqlı əməkdaşlıq məqsədilə şərait yaradılması mümkün olan hər şeyi edirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi