Yuxarı

Nazir: "Azərbaycanda 15 min yeni iş yeri açılacaq"

Şahin Mustafayev: Kənd təsərrüfatı, emal və sənayə sahəsi üzrə 150-yə yaxın layihə 1 il və 1 il yarım ərzində icra olunmalıdır

Bakı. 19 yanvar. REPORT.AZ/ "Prezident İlham Əliyevin imzaladığı "Qeyri-neft məhsullarının ixracını stimullaşdırılması haqqında" sərəncama əsasən, ölkədə qeyri-neft məhsullarının ixracının subsidiyalaşdırılması mexanizmi hazırlanacaq. Artıq müvafiq sərəncam Nazirlər Kabinetinə göndərilib və müəyyən tapışırıqlar da verilib". "Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deyib.

Nazirin sözlərinə görə, Azərbaycanın milli brendin yaradılması, qeyri-neft ixracının təşviqi və bu prosesdə dövlətin birbaşa iştirakı nəzərdə tutulub: "Bununla da Azərbaycanda qeyri-neft məhsullarının ixracının stimullaşdırılmasına nail olacayıq".

Ş Mustafayev əlavə edib ki, kənd təsərrüfatı, emal və sənayə sahəsi üzrə 150-yə yaxın layihə 1 il və 1 il yarım ərzində icra olunmalıdır: "Bunun nəticəsində 15 minə yaxın yeni iş yeri açılmalıdır. İqtisadi aktivlik yüksəlməlidir. Layihə xərclərinin azalması nəticəsində Azərbaycan məhsullarının rəqabət qabiliyyəti artmalıdır. Dövlət satınalmalarında yerli istehsalın payı artmalıdır. Bununla da daxili istehsalı qorumuş olacağıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi