Yuxarı

Nazir: "2016-cı ildə satılan gübrələrin qiymətində artım olmayacaq"

Çünki onlar devalvasiyasından öncə xaricdən alınıb

Bakı. 6 fevral. REPORT.AZ/ Bu il Azərbaycanda fermer təsərrüfatlarına satılacaq olan müxtəlif təyinatlı gübrələr 2015-cü ildə - manatın 2-ci devalvasiyasından öncə xaricdən alınıb. Ona görə də, bu il gübrələrin satışı elə həmin məzənnəyə görə aparılacaq.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Goranboyda fermerlərlə görüşü zamanı bildirib.

Nazir qeyd edib ki, hazırda ölkədə işlədilən gübrələr 100% xaricdən alınır və bu asılılığı aradan qaldırmaq üçün nəzərdə tutulan gübrə zavodunun inşası artıq başa çatmaq üzrədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi